Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qaş

1. Dağın, təpənin hündür yeri.

2. Yəhərdə: qaltağın (yəhərin ağacdan olan hissəsi) dalında və qabağındakı çıxıq, dik. (“Koroğlu” dastanının lüğəti)

Bayazid xoş mənzərədi,

Tülək tərlana bərədi,

Qayadı, daşdı, dərədi,

Qaşdı Bayazid yolları.

                      (“Koroğlunun Bayazid səfəri”)

*

Yəhər qaşında da yüz qızıl pul var. Onu da külfətinə xərclik edərsən. (“Koroğlunun Ərzurum səfəri”)

*

Koroğlu ayağını üzəngidən çəkib yəhərin qaşına qoydu, sazı götürüb dedi... (Paris nüsxəsi, 5-ci məclis)

Azərbaycan dastanlarının leksikası