Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QASİR

ərəb. qasir sözündən olub, dilimizdə qısa, alçaq, qısa boylu, gödək, gücsüz, zəif anlamlarını ifadə edir.

Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındandır. Qasir XIX əsrin ortalarında “Fövcül-Füsəha” məclisinin rəhbəri Mirzə İsmayıl Axundovun (1805-1900) təxəllüsü olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti