Bu əşya südlə çalasının (mayanın) qarışmasından hasil olur. Qatmaq, qatışmaq (qarışmaq) sözləri ilə bağlıdır. Bir vaxtlar qatıq əvəzinə, yoğurt işlədilib və yoğurmaq (bu da “qarışdırmaq” deməkdir) sözü ilə bağlı olub. Bir vaxt xuruş, “aşqara” mənasında işlədilib. Tapmaca da olub: aşa qatıqdı, dala qapaqdı (qoyunun quyruğu). Qatmaq (qarışdırmaq) feilindən düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti