ər. qəbalə – nəyinsə alınmasına görə verilən qəbz, öhdəlik
1. Nəyinsə alınıb-satılmasını, habelə borc öhdəliyini rəsmiləşdirən hüquqi sənəd.
2. Şəxsi asılılığın borcla bağlı olan ağır forması.
Əvvəllər borcu vaxtında qaytara bilməyən insan qarşı tərəfdən şəxsi asılılığa düşüb, «borc köləsi» olub. XIV–XV əsrlərdə Şərqdən Rusiyaya keçən Q. termini rus dilində “kabala” forması alıb. Məcazi mənada Q. «zülm», «ağır asılılıq» ifadələrinin sinonimi kimi də işlədilir.
Tarix terminləri lüğəti