Reklam
Reklam

Məsəllər, deyimlər

QƏLƏM DÜŞMƏN ƏLİNDƏDİR

►İxtiyar, səlahiyyət və hakimiyyət sahibi olanların həqiqəti tapdaladığını, gerçəyi qəsdən, istədiyi kimi təhrif etdiyini bildirən ifadə.

İfadә Sәdi Şirazinin bir şeirindәn götürülərək yayılmışdır.

Şeirin məzmunu belədir: «Mәn bir vaxt kitabda oxumuşdum ki, bir nәfәr şeytanı yuxuda görür. Görür ki, şeytanın boyu sәrv kimidir, gözәl yanaqları alışıb-yanır. Həmin şәxs şeytana deyir: «Ey mәkrlәr anası, sәn ki mәləklәrdәn gözәlsәn. Halbuki sәnin şәklini hamamlarda iyrәnc, dәhşәtli tәrzdә çәkirlәr». O ah çәkib ağladı və dedi: «Görürsәn ki, mәn heç dә elә dәhşәtli deyilәm. Lakin burası var ki, qәlәm mәnim düşmәnimin әlindədir».

Salnaməçi Tәbәrinin mәşhur «Tarix»indә göstәrilir ki, şeytanın әrәb dilindә әn qәdim adı «Haris» idi. Allah öz nurundan fәriştәlәr yaradıb Harisi onlara padşaһ elәmişdi. Sonralar Allaһ yer üzündә atәşdən bir tayfa yaratdı. Onların adına Can deyirdilәr. İblisi onlara başçı qoymuşdu.

Guya sonralar torpaqdan yaranmış Adәmә sәcdә etmәdiklәri üçün Allah Can tayfasını qırmış, onların nәslindәn yalnız Cin qalmışdır.

Ümumiyyətlə, bu ifadə həm də günahsız yerə böhtana məruz qalanların dili ilə böhtançının daha güclü olduğunu vurğulamaq üçün işlədilir.

Məsəllər, deyimlər