Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qələndərilik

Təsəvvüfdə yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən təriqət.

Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci olub. Bu təriqətin nümayəndələri dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyil edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərib.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti