Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qeyz ərəb

Qəzəb, hiddət, acıq. (“Koroğlu” dastanının lüğəti)

Qeyzə gəlib hərdən nərə vuranda,

Dəlilər qol-qola bağlayan mənəm,

Qılınc çəkib mərd meydana girəndə,

Sinələr çal-çarpaz dağlayan mənəm.

                                (“Koroğlunun Dərbənd səfəri”)

*

Eyvaz qürrələnib qeyzlə Koroğluya dedi:

– Yaramaz, gəl bura görüm nə deyirsən? (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası