Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qəzavatnamə

Din yolunda savaşlardan, hərbi yürüşlərdən bəhs edən əsər, kitab.

Osmanlı imperiyası dövrünə aid ədəbiyyatın bir qoludur. Belə kitablarda nəzm və nəsrlə yazılmış hissələr olur. Müəyyən bir döyüşü təsvir edən hissə “qəzanamə” adlanır. Q. isə hərbi yürüş, müharibə zamanı baş vermiş əsas döyüşlərin hamısını əhatə edir. Fəthnamələr və zəfərnamələr də məzmunca Q.-lərə oxşayır. Osmanlı dövrünə aid 250-dən artıq Q. aşkar edilib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti