Reklam
Reklam

Tarix terminləri lüğəti

qılıncdarlar

Baltikyanı ölkələri zəbt etmək üçün papa III İnnokentinin xeyir-duası ilə 1202-ci ildə əsası qoyulmuş alman katolik dini-cəngavər ordeninin üzvləri.

Bu təşkilat rəsmən “Livoniyalı İsa Məsih döyüşçüləri qardaşlığı” (lat. Fratres militiæ Christi de Livonia) adlanıb. Ordenin üzvlərinə isə üzərində qırmızı qılınc və xaç təsviri olan ağ bürüncəklər geydikləri üçün Q. deyiblər. XIII əsrin əvvəlində Q. Baltikyanı ərazilərə bir sıra səlib yürüşləri təşkil ediblər, lakin 1236-cı ildə litvalılarla sonradan latışların tərkibinə daxil olmuş zemqalların birləşmiş dəstələri tərəfindən ağır məğlubiyyətə uğradılıblar. 1237-ci ildə Q.-ın qalıqları Tevton ordeni ilə birləşərək Livoniya ordenini yaradıblar.

Tarix terminləri lüğəti