Reklam
Reklam

Etimologiya lüğəti

qırış

1. Qırmaq feilindən düzəlib. Dəridəki qırışlar (paltarda da) qırılmaqla bağlı olub.

2. Ad-feil omonimi olan bu söz qırğız dilində qırış, qazaxlarda isə burıs kimi işlədilir. Bürüşmək (burulmaq) feili ilə qohumdur. Bizdə təhrif nəticəsində qırış şək­linə düşüb. Bür (buz, bük, bürü, büzük, büzüş) sözü “делать складки” mə­na­sını verən kəlmədir. Qırış (моршина) da bunlarla qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti