lat. gladiator < gladius – qılınc
Qədim Romada amfiteatr səhnələrində bir-biri ilə və ya heyvanlarla silahli döyüş üçün xüsusi olaraq hazırlanmış qullar, hərbi əsirlər, məhkum edilmiş cinayətkarlar və digər şəxslər.
Q.-a sərt rejimli xüsusi məktəblərdə təlim keçilib. Rəsmi mərasimlər kimi təşkil edilən qladiator döyüşlərinin məqsədi “çörək və tamaşa” tələb edən plebeyləri əyləndirmək olub. V əsrin əvvəlindən başlayaraq Q. arasında döyüşlərə son qoyulub.
Tarix terminləri lüğəti