Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qol

Dastanın bitkin süjetə malik bir hissəsi.

Şifahi xalq ədə­biyyatımızda bu termin daha çox “Koroğlu” dastanı ilə bağlı işlənir: “Durna teli” qolu, “Әrzurum səfəri” qolu və s. Qol dastanın üzvi tərkib hissəsi olsa da, çox vaxt konkret, bitkin bir süjetə malik olur. Aşıq məclislərində çox zaman bu və ya başqa qol müstəqil bir əsər kimi də ifa edilir. Ustad aşıqlar dastanın ümumi süjet xəttini inkişaf etdirərək ona yeni qollar da artırıblar. Qolu “Kitabi-Dədə Qorqud”dakı boyun analoqu hesab etmək olar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti