Qoşulmaq sözü ilə qohumdur, qoşnı kimi olub. M.Kaşğaridə oxuyuruq: “böri (canavar) qoşnısın yeməz”. Alimlər bu sözü bəzən qonmaq feili ilə əlaqələndirirlər, iki səbəbə görə həmin mülahizəni doğru hesab etmək olmaz:
1. Mənbələrdə qonşu sözünün qoşnu forması da var, deməli, qoşulmaq feili ilə bağlıdır.
2. Başqa dillərdə də qonşu və qoşulmaq sözləri fərqləndirilir. Məsələn, rus dilində qonşuya “сосед” (со birgəlik bildirir) deyilir, elə bu da “qoşulma” anlamı ilə bağlıdır. Ona görə də mən qoşnu variantını daha düzgün hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti