Sirli, vahiməli sərgüzəştlər, fantastika və mistika elementləri ilə oxucuda qorxu hissi yaradan nəsr əsəri.
Əsasən, ingilisdilli ədəbiyyatda inkişaf edib. Termin qotika memarlıq üslubu ilə əlaqədardır, belə ki, bu romanlarda hadisələr çox zaman qotik üslubda tikilmiş qədim qəsrlərdə cərəyan edir və ailə lənətləri, ruhlar mövzusunda olur. 1765–1850-ci illər ərzində Q.R. istər İngiltərədə, istərsə də kontinental Avropada ən çox oxunan janr olub. Azərbaycan nəsrində bu janrın əlamətlərinə rast gəlmək mümkün olsa da, ədəbiyyatımız üçün xarakterik hadisə deyil.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti