ing. grant – hədiyyə, bəxşiş
Xüsusi layihələri və məqsədli proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən əvəzsiz yardım.
Belə yardımlar humanitar, sosial və ekoloji layihələrin, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış obyektlərin və infrastrukturun bərpası üzrə işlərin, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramların, tədqiqat və layihələndirmə işlərinin, cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramların hazırlanmasına və həyata keçirilməsinə yönəldilə bilər. Q. yalnız konkret məqsədlər üçün maliyyə vəsaiti şəklində və ya başqa maddi formada təmənnasız verilir. Onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək, habelə bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunvericilik aktlarının qəbulu üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, siyasi təşkilatların və ya xadimlərin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən yardım Q. sayılmır.
Jurnalistika terminləri lüğəti