Reklam
Reklam

Etimologiya lüğəti

quduz

Dilimizdə r-z əvəzlənməsi ilə bağlı gör və göz, uddur və uduz, qudur və quduz... sözləri mövcuddur. Quduz sözü qudurmaq feilindən r-z əvəzlənməsi nəticəsində əmələ gəlib. Qudurqut sözü ilə bağlıdır: həddindən artıq xoşbəxt olan (var-dövləti başından aşan, harınlaşmış) şəxs normadan kənara çıxır və qutluq onun üçün bəlaya çevrilir (qudurur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti