Qədim dövrlərdə və orta əsrlərdə müdafiə qurğusu, qala divarlarının tərkib hissəsi.
Q., adətən, qala divarından çölə və ya içəriyə doğru çıxıntı şəklində olub. Dairəvi, yarımdairəvi, düzbucaqlı, çoxbucaqlı və s. formalarda inşa edilən Q.-nin diametri bəzən 20 m-ə çatıb və o, qala divarlarından 1,5-2 dəfə hündür olub. Q.-dən müşahidə məqsədilə, eləcə də qoşunların sığınacaq yeri və müdafiənin dayaq məntəqəsi kimi istifadə edilib. Artilleriyanın inkişafı ilə əlaqədar olaraq XVI–XVII əsrlərdən başlayaraq Q. tədricən öz hərbi əhəmiyyətini itirib.
Tarix terminləri lüğəti