Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qulun

Altıaylığa qədər olan at balası. (“Koroğlu” dastanının lüğəti)

Qulunlar böyüyüb day oldular. (“Alı kişi”)

*

Ərəb atın dastanını söylərəm,

Üç yaşında hər nişanı bəlli olur.

Bir asma gərdənli, qulun sağrılı,

Sığır qabırğalı maral əlli olur.

                            (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

*

Madyanlar doğan vaxt Mirzə onların yanına gəldi. Doğulan qulunları yerə düşməmiş çadıra bükdülər. Qulunlar çox tüklü, bədheybət idi. (Paris nüsxəsi, 1-ci məclis)

Azərbaycan dastanlarının leksikası