Xordalılar tipinin kəlləlilər yarımtipinə aid olan sinif.
Dünyada 9 mindən çox növü yayılmışdır. Q. müxtəlif ekoloji qruplaşmalar əmələ gətirir. Q. təkamüldə sürünənlərdən başlanğıc götürmüşdür. Heyvanlar aləmin ən sonda əmələ gələn sinifdir. Uçmaqla əlaqədar olaraq Q.-da bir sıra uyğunlaşmalar (qanadlar, yüngül lələk örtüyü, sidik kisələrinin olmaması, içərisi boş – pnevmatik sümüklər, hava kisələri, çəkisini azaltması üçün sağ yumurtalığın olmaması – reduksiyası və d.) əmələ gəlib.
Biologiya terminlərinin izahlı lüğəti