Reklam
Reklam

Etimologiya lüğəti

quzu

Müxtəlif mənaları içərisində “kiçik, balaca” anlamları da var. İndi də nəfəslik (форточка) yerinə bəzən “quzupəncərə” deyirlər. Quzulamaq həm də “balala­maq” (qoyun, keçi, cüyür...) mənasında işlədilir. Ehtimal ki, elə quzu “bala” de­mək­dir. O, toğluya, toğlu şişəyə, şişək öyəcə, öyəc qaradişə, o da azmana, so­nuncu isə dizmana çevrilir. Deməli, quzudan dizmana qədər 7 yaş dövrü mövcuddur. Buzov və quzu “övlad” (bala) anlamı ilə bağlıdır, qohum sözlərdir. Boğaz (hamilə) sözü buzağ kimi olub, “qarnında balası olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti