1. Efirdə radio yayımının aparıldığı tezlik zolağı; ötürücüləri son məntəqədəki qəbuledici cihazlarla birləşdirən texnoloji sistem.
Bu sistemə proqramın mənbəyi (mikrofon), ötürücü, səsgücləndirici və nizamlayıcı qurğular, digər texniki vasitələr (qəbuledici anten, səsucaldıcı və s.) daxildir.
2. Məzmununa, hədəf auditoriyasına və materialların təqdimat üsuluna görə fərqlənən radio formatı.
Bu göstəricilər üzrə qruplaşdırılan uşaq kanalları, sürücülər üçün kanallar, musiqi kanalları, informasiya kanalları və s. mövcuddur.
Jurnalistika terminləri lüğəti