Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rastr

lat. rastrum – dırmıq, toxa

1. Foto və rəsmlərin çapa hazırlanması prosesində təsvirin rəng tonlarını müxtəlif sıxlıqlı nöq­tələrə çevirmək üçün optik vasitə.

R. sət­hi xırda tor şəklində ştrixlənmiş şəffaf lövhədir. İşıq seli «tor»dan keçəndə strukturunu dəyişir və orijinaldakı rəngin çalar­larına uyğun intensivliklə təkrarlanan nöqtələr şəklində çap forması üzərində əks olunur. Hər rəng üçün ayrı R. hazırlanır və tamrəngli çap zamanı təsvirin keyfiyyəti bütün R.-ların dəqiq üst-üstə yerləş­diril­məsindən asılıdır.

2. Foto və rəsmlərdə rəng tonlarının müxtəlif sıxlıqlı nöqtələrə çevrilməsi yolu ilə alınmış təsvir.

3. Televiziyada: ekrandakı təsviri təşkil edən sə­tirlərin cəmi.

Ekran kadrının keyfiyyəti və parlaqlığı bu sətirlərin sayından asılıdır. 

See also:

Jurnalistika terminləri lüğəti