Reklam
Reklam

Tarix terminləri lüğəti

raznoçinlər

rus. разночинцы < разные – müxtəlif + чины – dərəcələr, silklər

XVIII–XIX əsrlərdə Rusiyada müxtəlif dərəcə və silklərdən olub təhsil almış və keçmiş mühitlə əlaqəni kəsmiş adamlardan ibarət qarışıq sosial təbəqə.

R.-in sırasına tacirlər, ruhanilər, kəndlilər, meşşanlar, kiçik məmurlar, yoxsullaşmış zadəganlar daxil idilər. Bu təbəqə ölkədə kapitalizmin inkişafı nəticəsində zehni əməklə məşğul olanlara tələbatın artması ilə əlaqədar yaranıb. XIX əsrin 40-cı illərindən R. Rusiyanın ictimai və mədəni həyatına ciddi təsir göstəriblər. Təhkimçilik hüququnun ləğvindən (1861) sonra isə onlar burjua ziyalılarının formalaşması üçün əsas sosial bazaya çevriliblər. R.-in nümayəndələri xalqçılıq hərəkatında mühüm rol oynayıblar.

Tarix terminləri lüğəti