1. Real düşünən, öz işində, fəaliyyətində real varlığın şəraitini nəzərə alan və buna uyğun hərəkət edən adam. □ Sən lap realistsən, ay Məhər kişi, – deyə sədr gülə-gülə ona müraciət etdi. (B.Bayramov).
2. Ədəbiyyatşünaslıq. İncəsənət. Ədəbiyyat və incəsənətdə realizm tərəfdarı olan. □ Realist rəssam. Realist yazıçı.
3. Realizm tərəfdarı.
4. Tarix. 1917-ci il inqilabından əvvəlki Rusiyada realni məktəb şagirdi. □ Studentik, deyilik biz realist; Aramızdan çıkamaz idealist. (A.Səhhət).
Azərbaycan dilinin izahlı lüğəti