1. Əsərin müәllif və ya nəşriyyat tərəfindən nəşrə hazırlanan variantlarından biri.
Əsərin R.-sı yalnız üslub, süjet və ya kompozisiya deyil, ideya baxımından da fərqlənə bilər. Bir çox klassik əsərlər bir neçə müəllif və ya xəttat R.-sında mövcud olub. Onların araşdırılması və müqayisəsi mətnşünaslığın tədqiqat obyektlərindən biridir. Bәzәn müәllif çap olunub yayılmış әsәrini dә әsaslı surәtdә dәyişdirib onun yeni R.-sını yaradır. Məsələn, L.Tolstoyun “Hərb və sülh” romanının bir neçə adda R.-sı olub (“Dekabristlər”, “1805-ci il”). İ.V.Hötenin “Faust” әsәrinin iki R.-sı mәlumdur. Bəzi tənqidçilərin fikrincə, İsa Muğannanın “İdeal” romanı “Yanar ürək” romanının fərqli R.-sıdır. Klassik əsərlərin müxtəlif nəşriyyatlar tərəfindən hazırlanmış R.-ları çox zaman dövrün, senzuranın tələbi kimi meydana çıxır. Məsələn, “Qabusnamə”nin 1963-cü il R.-sında ermənilər haqqında deyilmiş parça 1982-ci il R.-sında ixtisar edilib.
2. Əsər nəşrə hazırlanarkən onun dili, üslubu üzərində iş aparan nəşriyyat şöbəsi.
R.-nın personalı, adətən, redaktor və korrektorlardan ibarət olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti