Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

redaksiya heyəti

1. Qəzet və ya jurnalın fəaliyyətinə rəhbərlik etmək üçün redaksiyada yaradılan kollegial orqan.

R.H.-nin tərkibi, səlahiyyətləri və vəzifələri nəşrin nizamnaməsində öz əksini tapır. Adətən, R.H. baş redaktor, onun müa­vinləri, məsul katib, əsas şöbələrin rəh­bərləri, kommersiya direktorundan ibarət olur. Televizi­yalarda eyni səlahiyyətlərə malik qurumlar kollegiya, proqram şurası və s. adlanır.

2. Redaksiyada çalışan bütün əməkdaşların cəmi, redaksiya kollektivi.

Jurnalistika terminləri lüğəti