fr. redoute < reductus – kənarda, uzaqda yerləşən
Ayrıca yerləşmiş və dairəvi müdafiə üçün nəzərdə tutulmuş istehkam qurğusu.
Kvadrat, düzbucaqlı və ya çoxbucaqlı formasında inşa edilən R.-lardan XVI əsrdən XX əsrin əvvəlinədək müdafiə xətlərində dayaq nöqtələri kimi geniş istifadə olunub. R.-un qarnizonu 1–2 rotadan ibarət olub və bir sıra hallarda artilleriya ilə təchiz edilib.
Tarix terminləri lüğəti