Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

rəiyyət [rəiyət] isim ərəb

1. Bir dövlətin tabeliyində olan(lar); təbəə. □ Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. (M.S.Ordubadi).

2. Aşağı təbəqədən olan, yoxsul adam. □ Xan arıqlayanda rəiyyətin canı çıxar. (Atalar sözü).

Azərbaycan dilinin izahlı lüğəti