Reklam
Reklam

Tarix terminləri lüğəti

rekrut mükəlləfiyyəti

Rusiyada XVIII–XIX əsrlərdə nizami ordu və donanmanın komplektləşdirilməsi sistemi.

R.M. ilk dəfə I Pyotrun fərmanı ilə 1705-ci ildə tətbiq edilib və 1874-cü ildə ümumi hərbi mükəlləfiyyətlə əvəzlənib. Bu dövrdə kəndlilər və meşşanların orduya və donanmaya müəyyən sayda rekrut (əsgər) verməsi nəzərdə tutulub. İlk vaxtlardan zadəganlar, sonrakı mərhələdə bəzi digər əhali kateqoriyaları da həmin mükəlləfiyyətdən azad edilib. Öncə R.M. üzrə hərbi xidmət ömürlük olub, 1793-cü ildə – 25, 1834-cü ildə – 20, 1855–1872-ci illərdə isə – 12, 10 və 7 ilədək azaldılıb. Əvvəlcə hər 100 həyətdən 1 rekrut alınıb. Sonradan isə rekrut toplanması əhalinin sayına görə müəyyənləşdirilib: XIX əsrin ortalarında mükəlləfiyyətin şamil olunduğu əhalinin hər 1000 nəfərindən 5-7, fövqəladə hallarda isə 10-dan artıq rekrut yığılıb.

Tarix terminləri lüğəti