1. Bir şeyin işıq tonu. □ Eləmi, sarı qaldı; Günün ovsarı qaldı; Yetimə nə dedilər; Rəngi sapsarı qaldı?! (Bayatı).
2. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. □ Yağlı rəng. Sulu rəng.
3. Qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən, qırmızı boya. □ Dodağına rəng çəkmək.
4. Məcazi mənada: xüsusiyyət, zahiri görünüş, təzahür forması. □ El ağzında bir sözün yüz rəngi var. (Atalar sözü).
5. Musiqi. Muğamatda təsnifdən sonra, bəzən və müstəqil olaraq çalınan musiqi parçası. □ Rəng çalmaq.
See also: