lat. replico – təkrar edirəm, cavab verirəm
1. Danışanın, natiqin çıxışı və ya tamaşa zamanı digər şəxsin atmacası, qısa etirazı.
2. Səhnədə aktyorun tərəf-müqabilinin sözlərinə cavabı, habelə personajın axırıncı sözləri (həmin sözlərin ardınca digər personajın sözləri gəlir).
3. Musiqi frazasının başqa pərdədə və ya səslə təkrar edilməsi.
4. Müəllif əsərinin orijinaldan yalnız xırda detalları, yaxud ölçüləri ilə seçilən təkrarı.
Jurnalistika terminləri lüğəti