Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

rəy [rəy] isim ərəb

1. Bir şey haqqında fikir, mülahizə, söz. □ Bu barədə rəyin nədir?

2. Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı; resenziya. □ Əsər haqqında rəy yazmaq. Rəsmi opponentlərin rəyi.

3. Fikir, mülahizə. □ Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. (Y.V.Çəmənzəminli).

4. Rəyimcə, rəyincə şəklində – məncə, səncə, mənə görə, sənə görə, ona görə. □ Rəyimcə pis roman deyil.

5. Rəyimcə, rəyincə şəklində – mən (sən, o) istəyən kimi, mənim arzumca; sənin arzunca, onun arzusuna görə. □ Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. (Q.Zakir).

See also:

jurnalistika: ekspert rəyi jurnalistika: faktla rəyin fərqləndirilməsi jurnalistika: ictimai rəy jurnalistika: ictimai rəy sorğusu jurnalistika: ictimai rəyin öyrənilməsi jurnalistika: ictimai rəylə manipulyasiya jurnalistika: rəy sorğusu jurnalistika: yerli rəy sorğusu Azərbaycan dilinin izahlı lüğəti