1. Suyun səviyyəsini, qar və ya buz örtüyünün və s.-nin hündürlüyünü ölçmək üçün üzərində bölgülər olan dar, nazik taxta və ya ağac. □ Gülşənin göstərişilə manqa üzvləri pambıq kollarını yoxlayır, reyka ilə ölçür. (Ə.Vəliyev).
2. Geodeziya. Geodeziya işlərində iki nöqtənin nisbi hündürlüyünü müəyyənləşdirmək üçün işlədilən bölgülü taxta, ağac.
3. Ümumən bir qaydada kəsilib rəndələnmiş uzun və ya qısa nazik taxta.
Azərbaycan dilinin izahlı lüğəti