Reklam
Reklam

Məsəllər, deyimlər

RİSKƏ GETMƏK

►Heç nədən qorxmamaq, bütün təhlükələri göz önünə alaraq son dərəcə cəsarətli hərəkət etmək.

İfadənin Fransada kart oyunu ilə bağlı yarandığı ehtimal edilir.

Bu ehtimallar daha çox fransız dilində «riskə getmək» mənasını bildirən «va banque» (bankın hamısına getmək) sözünə əsaslanır. Kart oyununun iştirakçıları ortada olan bütün pulları udmaq istəyəndə bu sözü işlədirdilər.

Çox zaman belə addım atmağa qərar verərkən onlar kartların uğurlu sıralanmasına ümid edir və bununla da böyük riskə gedirdilər. Zamanla «banka getmək» ifadəsi daha geniş məna aldı və çətin, riskli məsələlərin həllinə görə mübarizə aparan insanlara aid edilməyə başladı. Əvvəlcə oyunçular arasında yaranan «bank» sözü bizim dilimizə keçmişdir. Daha sonra isə «getmək» sözü ilə işlənməyə başlamışdır.

Dilimizdə bu frazeoloji birləşmə ilə oxşar mənaya malik olan «odla oynamaq», «risk – xeyirxah əməldir» kimi ifadələr də işlədilir.

Məsəllər, deyimlər