Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

RİTA

yun. rita sözü dilimizə tərcümədə mirvari, inci deməkdir. Yunan mifologiyasında Afroditanın epitetidir. Marqarita qadın adının danışıq formasından yaranmış qadın adıdır.

Cənubi Qafqazın digər respublikalarında geniş yayılmış qadın adları sırasında olan Rita məişətimizdə artıq unudulmaqda olan şəxs adlarındandır. Dilimizin şəxs adları sistemində mövcud Rita qadın adı, əsasən, xarici filmlərin, xüsusilə də XX əsrin ortalarından etibarən çox sevilən hind filmlərinin qadın qəhrəmanlarının adlarından götürülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti