Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ritorik susma

Üslubi fiqur: hər hansı fikrin və ya onun müəyyən struktur hissəsinin qırılması.

Bu zaman müəllifin situasiyaya münasibətinə və mətnin əvvəlki hissəsinə əsasən söhbətin nədən getdiyini təxmin etmək olur; məsələn:

...Əhvalat uzundur, nə deyim.

Bəsdir bunu desəm:

dana ölmədi bu azardan.

Ancaq Gülxaranın

qaragöz kiçik qızı...

Beşcə qulac bez aldılar bazardan.

                       ***

Quyruğunu qoyub belinə

qaçır, tullanır sarı dana indi.

Ancaq soruşan yoxdur,

Yaşıl otlar içindəki

O balaca qəbir kimindi?!. (R.Rza)

R.S.-dan tabu leksikasından, varvarizmlərdən qaçmaq məqsədilə də istifadə olunur: “Bir dayan!..”, “Yalan deyənin!..”.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti