yun. Roksana (mənbə dildə röksanye) sözündəndir, dilimizə tərcümədə gülən, həmçinin güləyən deməkdir. Dilimizə rus dili vasitəsilə keçmiş qadın adlarındandır.
Əminliklə demək olar ki, dünyanın bir çox dillərində mövcud Roksana qadın adı heç də sözün mənası ilə əlaqədar deyildir. Tarixdən məlumdur ki, Makedoniyalı İsgəndərin həyat yoldaşının adı Roksana olmuşdur. Bu da adın bir çox dillərdə mövcud olmasının əsas səbəbi olmuşdur desək, yəqin ki, yanılmarıq. German dillərində, həmçinin slavyan dillərində adın qısaltma formalarına, eləcə də törəmələrinə rast gəlinir. Roksana qadın adı, demək olar ki, Cənubi Qafqazda yaşayan bütün xalqların dillərində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti