1. İncəsənət. Artistin səhnədə, kinofilmdə təmsil etdiyi surət. □ Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə ..zarafat etməyə başladı. (S.S.Axundov).
2. Məcazi mənada: müəyyən situasiyada yalandan artistlik etmək, rol oynamaq. □ Mahmud öz arvadına evdə lazımınca təlim etmişdi. İndi burada rolunu yaxşı ifa etməyinə şübhələnməyirdi. (B.Talıblı).
3. Teatr-kino. Pyesin, tamaşada iştirak edən hər bir aktyora aid olan mətni. □ Rolunu əzbərləmək. Rolunu oxuyub təkrarlamaq.
4. Rolunda şəklinlə – ... sifətilə, bir ... kimi. □ Müşahidəçi rolunda iştirak etmək.
See also: