lat. “ros” və “marin” – “dəniz şehi”
30-35 sm hündürlükdə dekorativ kol bitkisi.
R.-nin vətəni Aralıq dənizi bölgəsidir. R. sevgi, dostluq və sədaqəti təcəssüm edən bitki hesab edilir. Dözümlü olduğu üçün ev şəraitində yetişdirmək çətin deyil. R. soyuğa davamsız və işığa təlabatlıdır. Yaz, yay və payız aylarında bitkini müntəzəm olaraq az-az sulamaq lazımdır. Həddindən artıq sulama nəticəsində torpağın üzərində yaranan suyu orda saxlamaq olmaz. İstidə bitkini tez-tez sulamaq lazımdır. R. quraqlığadavamlı olduğundan onun yarpaqlarına su səpmək vacib deyil. Bunu yalnız gözəl tac formalaşdırmaq üçün edirlər.
Biologiya terminlərinin izahlı lüğəti