Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ruhani1 [ruha:ni] sifət ərəb

1. Din ilə bağlı olan, dinə aid olan, din tədris edilən; dini. □ Ruhani məktəb. Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. (A.Şaiq).

2. İsim kimi: din xadimi. □ Əqdi-nikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. (Y.V.Çəmənzəminli).

3. Ruhla bağlı olan, ruha aid olan. □ Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı.

4. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd. □ ..axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. (N.Nərimanov).

5. Musiqi. İsim kimi: sazda çalınan aşıq havalarından birinin adı.

ruhani2 [ruha:ni] sifət ərəb

Klassik ədəbiyyatda lətif, gözəl mənzərəli, ab-havası gözəl, ruhu oxşayan mənalarında işlənmişdir. □ Nə gözəl mənzəreyi-şəfqətza; Nə lətafətli, nə ruhani səfa. (M.Hadi).

Azərbaycan dilinin izahlı lüğəti