Əruz vəznində bəhrləri səciyyələndirən təməl ünsürlər, fonematik vahidlər.
Əruzun 6 əsas R.-ü vardır:
1) yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf);
2) ağır səbəb (iki hərəkəli hərf);
3) yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf);
4) aralı vətəd (bir hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf);
5) kiçik fasilə (üç hərəkəli və bir hərəkəsiz hərf);
6) böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf).
Azərbaycan ədəbiyyatında əruzşünas alim, prof. Əkrəm Cəfər R.-ləri ünsür adlandırıb və onları Azərbaycan dilinə uyğunlaşdırıb: dil, qələm, pərdə, nü, nüvə və can. Burada qapalı hecalar klassik R.-lərdəki uzun hecaları, açıq hecalar isə qısa hecaları əvəz edir; ikiqat uzun heca isə “can” ünsürü ilə ifadə edilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti