Reklam
Reklam

Etimologiya lüğəti

Rusiya

İlk dəfə 1517-ci ildə Россия sözü işlədilib. Qabaqlar yalnız rus sözü olub. M.Fasmer yazır ki, ərəblər normanlara, finlər isə isveçlərə rus deyiblər. Rus et­no­­nimi qədim island dili ilə bağlıdır və “dənizçi” deməkdir, hətta bosman sözü də rus kəlməsi ilə qohumdur. Ruslar skandinaviyadan gəlmiş varyaqlardır. IX əsr mən­bə­­lərində rus sözü işlədilsə də, Rusiya ölkə adı kimi XVI əsrdən işlədilməyə başlayıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti