Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sadə söz

Bir kökdən ibarət olan və tərkibində sözdüzəldici şəkilçi (leksik) işlənməyən söz: baş, su, üç, ağ, gəl, bərk, ara, də, ah, ay  və s.

Sadə sözlərin tərkibində bir və ya bir neçə söz­­dəyişdirici (qrammatik) şəkilçi iştirak edə bilər: kitablar, yaz­dım, oxumuşdur, əşyalarımızdır və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti