Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

şaftalı

lat. persica

İkiləpəlilər sinfinin gülçiçəklilər fəsiləsindən bitki cinsi.

Hündürlüyü 8 m-ə çatan ağaclardır. Vətəni Cənub-Şərqi Asiya və Çindir. 5 növü məlumdur: adi Ş., qansun Ş.-sı, davud Ş.-sı, potanin Ş.-sı və qəribə Ş. Azərbaycanda Ş.-nın bir sıra növ və sortları (“Qazağı”, “Qacari”, “Fədai”, “Gərdi”, “Nektarin” və s.) becərilir.

See also:

Biologiya terminlərinin izahlı lüğəti