1. Zəhərli, iri ilan cinci.
2. Məcazlarda: gözəlin saçına işarə. (“Koroğlu” dastanının lüğəti)
Xorasan poladın yaxşısından seç,
Yaxşısı olmasa, yamanından keç,
Hər nəyə vuranda dayanmaya heç,
Ya fil, ya kərgədan, ya şahmar ola.
(“Koroğlunun Dərbənd səfəri”)
Pərizadam, tanı məni,
Tərk edərəm xanimanı,
Şahmar kimi çallam səni,
Dünya mənə dar görünür.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
Vallah, demə görməmişəm, elə bil ki, iki dənə şahmar ilan quyruğunu qaldırıb qara gözlərin üstünə yatdı.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası