1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu; yaşayan, yerləşən. □ Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri. Binanın sakinləri. Mehmanxananın sakinləri.
2. Sakit, səssiz, hərəkətsiz. □ Sakin küçələr geniş göründü, əsir şəhər hürr və məsrur idi. (Y.V.Çəmənzəminli).
3. Ərəb əlifbasında hərəkəsiz, hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. □ Sakin hərf.
Azərbaycan dilinin izahlı lüğəti