Gəncə
Yanlarından qızıl, gümüş və s. bəzək şeyləri sallanan toqqa. □ Belində sallama toqqası var.
Balakən, Cəbrayıl, Füzuli, Göyçay, Xocavənd, Kürdəmir, Laçın, Şamaxı, Zaqatala, Zəngilan
1. Asanlıqla qoşmaq üçün arabanın qolları altına qoyulan dayaq, dəstək (Zaqatala). □ Sallama arabanın qolunnan düşüfdü.
2. Evin çardağında üzərinə qabırğa vurulmaq üçün maili düzülən ağac (Cəbrayıl, Füzuli, Göyçay, Xocavənd, Kürdəmir, Laçın, Şamaxı, Zəngilan). □ Evin damı üçün yüz dənə sallama lazımdı (Zəngilan); Öyün sallamasının biri qırılıp (Kürdəmir); Bizim öydə otuz dənə sallama var (Göyçay); Səkkizdiy taxtadan gözəl sallamalar olur (Şamaxı).
Azərbaycan dilinin dialektoloji lüğəti