Ad-san, şöhrət, şərəf. (“Koroğlu” dastanının lüğəti)
Bürüyüb aləmi şanın, şöhrətin,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Adın çəkiləndə titrəyir yağı,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Bir igidlik nişanəsi
Şanında gərək igidin,
Çəkməyə özgədən minnət
Canında gərək igidin.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi“)
Azərbaycan dastanlarının leksikası