qəd. skand. saga – dastan < segja – danışmaq
1. X–XI əsrlər Skandinaviya xalqlarının həyatından bəhs edən İslandiya eposu; dastan.
S.-lar XIII–XIV əsrlərdə qədim island dilində yazıya alınıb. S.-da təhkiyə mənzum parçalarla növbələşən nəsr şəklində olur. Əsərin əvvəlində əsas qəhrəmanlar təqdim olunur: “...adında bir adam yaşayırdı. O, ... oğlu idi. ... ilə evlənmişdi” və s. Hər bir epos kimi S.-larda da çoxlu qəhrəman və personajlar olur. S.-nın süjeti bütöv bir nəslin, qəbilənin və tayfanın tarixçəsi üzərində qurulur. S.-da tarixi xronologiyaya ciddi əməl olunur.
2. İrihəcmli epik əsər.
Bu mənada S. termini bu sözün ilkin mənasının metaforikləşmiş forması kimi qəbul edilir. Çoxşaxəli süjetə malik olan, bir nəslin, ailənin həyat tarixçəsindən bəhs edən istənilən əsəri S. adlandırmaq olar; məs.: “Forsaytlar haqqında saqa” (Con Qolsuorsi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti