Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

şaqqa1

Ağdam, Quba, Mingəçevir, Şamaxı, Şəki, Tovuz

1. Kəsilmiş qoyun və ya malın ortasından yarıya bölünmüş hissəsi. □ U, quyunun bir şaqqasun üzünə saxladı (Quba); Bi şaqqa ətinən bizi bojdı elə:r (Şamaxı).

2. Hissə, tərəf (Şəki).  Kəndin uxarı şaqqasında öy azdı; Havı şaqqa meşə olufdu keşmişdə (Şəki).

şaqqa2

Tovuz

Nəsil, tirə. □ Bizim bu kət iki şaqqadı.

şaqqa3

Bakı

Köhnə palaz parçası.

şaqqa4

Salyan

Yetişməmiş əncir.

şaqqa5

Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax

Şaxta, soyuq.  Bu qış yaman şaqqa oldu, mal-qaranı güjnən saxlamışıx (Goranboy); Burada qış şaqqo:loy (Daşkəsən); Bi:lyaman şaqqa oldu (Xanlar).

şaqqa6

Dərbənd

Mürəkkəb. □ Şaqqa çernilə deyilədi.

See also:

Azərbaycan dilinin dialektoloji lüğəti